Qəbələ” “Keşlə”dən üstün oldu

0
20
A A A

 

“Qəbələ” “Keşlə”dən üstün oldu

“Qəbələ”nin əvəzedici komandası yoxlama oyunu keçirib.

Kanal36.az-ın klubu saytına istinadən yaydığı xəbərə görə, 2017-2018-ci illər mövsümünün ikinci yarısına hazırlığı davam etdirən “qırmızı-qaralar” Bakıda “Keşlə”nin əvəzediciləri ilə qarşılaşıb.

“İnter Arena”da baş tutan görüşün taleyini 1 qol həll edib. 83-cü dəqiqədə paytaxt təmsilçisinin qapısına yol tapan Tunar Mütəllimovun qolu Emin İmaməliyevin yetirmələrinə 1:0 hesablı qələbə qazandırıb. Bunadək “Ağsu” (1:2) və “Şüvəlan”la (0:0) yoxlama oyunlarında qüvvəsini sınayan əvəzedicilər qış fasiləsində ilk qələbəsini əldə edib.

Paytaxtdakı görüşdən sonra 1 günlük istirahətə buraxılan komanda yanvarın 23-də Qəbələdə bir araya gələcək. “Qırmızı-qaralar” təlim-məşq toplanışı keçirmək üçün ayın 26-da Gürcüstana yollanacaq.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here